Diodor Kron
Diodor Kron | |
---|---|
Doğum tarixi | e. ə. IV əsr |
Vəfat tarixi | e. ə. III əsr |
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür.
Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər. Ancaq, olan yerdə o hərəkətsizdir, olmayan yerdə isə hərəkət olmaz. Beləliklə, o zaman hərəkətdən deyil, yerdəyişmədən söhbət gedə bilər[1].
Daha sonra Diodorus ehtimal edilən şeyləri var olmuş kimi sayırdı. Ancaq, oluşan (həyata keçirilən) ehtimallar haqqında söhbət açmaq mümkündür. Oluşmayanlar isə mövcud deyildir. Yəni, gələcəkdən keçmişə baxanda məlum olur ki, həyata keçirilən ehtimallardan başqa digər ehtimallar olmamışdır. Belə olanda bu ehtimal deyil, həqiqətdir. Ancaq, bu gündən gələcəyə baxdıqda bizə elə gəlir ki, bir neçə ehtimallar vardır.
Diodorusa görə mövcud olmaq və mümkünlük eyni anlayışlardır. Çünki, mümkünlük mümkünsüzlüyə çevrilə bilməz, bu anlayışlar bir-birinə ziddir. İki hadisədən biri baş vermişdirsə, deməli ikincisi mümkünsüz imiş. Çünki, o öncədən mümkün olsaydı, onda mümkünsüzlük mümkünlükdən doğmazdı. Belədirsə, onda deməli öncədən bu mümkün olmamışdır. Beləliklə, ancaq mövcud olan şey mümkün ola bilər. Məsələn, “Dünya var” və “Dünya yoxdur” bir-birinə qarşı olan iddialardır. Ancaq biz görürük ki, dünya var. Deməli, onun olmaması imkansızdır. Ancaq, dünyanın yoxluğu mümkün olsaydı, onda imkan imkansızlığa çevrilərdi. Bu isə ola bilməz. Deməli, dünyanın yox olması ehtimalı heç vaxt olmayıb[2].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 114-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 114-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- David Sedley.Diodorus Cronus and Hellenistic Philosophy.// Proceedings of the Cambridge Philological Society 203, N.S. 23 (1977), P. 74-120.
- Jarmuzek J. Reconstructions of Diodor Cronos' reasoning in point ontology of time // Analiza i Egzystencja. Czasopismo Filozoficzne (Analysis and Existence. Philosophical Journal) year: 2006, vol: , number: 3, pages: 197—215
- Weidemann H. (2008), Aristotle, the Megarics, and Diodorus Cronus on the notion of possibilty, American Philosophical Quarterly, vol. 45, pp. 131—148.
- Воробьев В. В. Импликация и модальность у Диодора Крона // Из истории античной культуры. М., 1976.
- Гончарко О. Ю. Реконструкция Κυριος λογος Диодора Кроноса средствами современных модально-временных логик // Современная логика: проблемы теории и истории. Материалы Международной конференции. Санкт-Петербург, 24-26 июня 2010 г. СПб., 2010. C. 318—320.
- Дёмин Р. Н. Рассуждение Диодора Кроноса о движении и «парадокс» Хуэй Ши о прибытии в царство Юэ //Философская компаративистика как видение мира. СПб.,2007.С.43-51.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Две книги против физиков // Секст Эмпирик. Сочинения. Том. 1. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine М: Мысль, 1976, s. 375-376.
- ↑ Copleston F. A History of Philosophy Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Greese and Rome. New York: İmage Book, 1993, p. 117.