Teon Smirnalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teon Smirnalı
q.yun. Θέων ὁ Σμυρναῖος
Doğum tarixi təq. 70[1]
Doğum yeri
Vəfat tarixi təq. 135[1]
Fəaliyyəti riyaziyyatçı, astronom, musiqişünas, musiqi nəzəriyyəçisi, filosof
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Smirnalı Teon (yun. Θέων 6 Σμνρναΐος, təq. 70[1], İzmir[1]təq. 135[1]) da orta dövrün akademiklərindən (platonçularından) biri olmuşdur. O, "Platonun əsərlərini oxuyarkən riyazi predmetlərin icmalı" (yun. Τα κατά μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν) adlı əsərin müəllifi idi. Həmin kitaba latın dilində qısaldılmış olaraq "Expositio" deyilir. Bu kitab antik dövrün məktəblərində tədris edilmək üçün yazılmış və orada riyaziyyat, musiqi nəzəriyyəsi və astronomiya elmlərindən bilgilər verilmişdir. Mətni yazarkən Teon, keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir.

Əsərin riyazi bölümündə Teon "bir" və "vahid" anlayışlarının fərqləndirilməsini zəruri bilirdi, çünki hər bir rəqəm "birlərin" cəmidir. "Vahid" isə hər bir çoxluq çeşidlərindən aralanmış təklikdə olan ideal başlanğıcdır ki, onu yalnız düşüncə ilə qavramaq mümkündür və onun bölünməsi imkansızdır. Daha sonra Teon tərəfindən rəqəmlərin tək və cüt, sadə və mürəkkəb və s. növləri araşdırılmışdır.[2]

Əsərin musiqi bölümündə nəğmələrdə rəqəmlər ahənginə riayət edilməsinin vacibliyi vurğulanmış və bunun qaydaları açıqlanmışdır. Burada musiqi nəzəriyyəsinin əsas elementləri də araşdırılmışdır.[3]

Astronomiya bölümündə Teon yerin kürə olmasına dair çoxlu dəlillər gətirmiş, planetlər və göy cisimləri haqqında öz zamanının təsəvvürlərini açıqlamışdır. Bu təsəvvürlər yuxarıda sözü keçən başqa yunan filosofların baxışlarına bənzər olmuşdur. Belə ki, Teon yerin kainatın mərkəzində olmasını iddia edirdi. Onun fikrincə planet və ulduzların çoxu hərəkət etmir. Bəziləri isə, günəş və ay kimi, yerin ətrafında fırlanır. Burada həm də günəşin və ayın tutulması kimi təbiət olaylarına da münasibət bildirilmişdir[4].

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 2224-225. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  1. 1 2 3 4 5 6 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. Theon of Smyrna. Mathematics Useful for the Understanding of Plato Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine. San Diego: Wizards Bockshelf, 1979, pp. 12–14.
  3. Theon of Smyrna. Mathematics Useful for the Understanding of Plato Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine, pp. 32–43.
  4. Theon of Smyrna. Mathematics Useful for the Understanding of Plato Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine, pp. 81, 89.