Eratosfen
Eratosfen | |
---|---|
q.yun. Ἐρατοσθένης ὁ Κυρηναῖος | |
Doğum adı | Ἐρατοσθένης |
Doğum tarixi | e.ə. 276[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 194[2][3][…] |
Vəfat yeri |
|
Elm sahələri | həndəsə, ədədlər nəzəriyyəsi, coğrafiya |
İş yeri | |
Tanınmış yetirməsi | IV Ptolemey |
Vikianbarda əlaqəli mediafayllar |
Kirenalı Eratosfen (e.ə. 276[1][2][…], Kirena, Ellin Misiri[d][2] – e.ə. 194[2][3][…], İsgəndəriyyə, Ellin Misiri[d][4]) — Qədim yunan riyaziyyatçısı, filosofu, astronomu, coğrafiyaşünası[5].
Coğrafiya elminin yaradılmasında və inkişafında misilsiz xidmətləri olan dahi mütəfəkkirdir. O, ilk dəfə olaraq elmə coğrafiya anlayışını gətirmiş, ilk coğrafiya kitabını ("Geoqrafiya") yazmışdır. Sonralar coğrafiya elmi "Yeri təsvir edirəm" mənasını verən bu kitabın adı ilə tanınmışdır. Eratosfen həmçinin ilk dünya xəritəsinin müəllifidir. Onun tərtib etdiyi xəritədə Avropa, Ön Asiya və Şimali Afrika quru parçaları, Aralıq dənizi, Atlantik okeanı, Qırmızı dəniz, Şərq və Şimal okeanları, o vaxt insanlara məlum olan adalar və s. təsvir olunmuşdur. Eratosfen Yerin ölçülərini də hesablamışdır. Onun aldığı nəticələr müasir ölçülərə çox yaxındır. Riyaziyyatda sadə ədədlərin tapılması üsulunu vermişdir. Bu üsul "Eratosfen Şəbəkəsi" və ya "Eratosfen qəfəsi" adı ilə tanınır. Kubun ikiqat böyüdülməsi məsələsinin həlli üçün cihaz yaratmışdır. Riyaziyyatçı olmasına baxmayaraq, onun fəlsəfəyə və musiqiyə dair də əsərləri var. Eratosfen şəbəkəsi aşağıdakı kimi yaradılır:
- Əvvəlcə 2-dən N-ə qədər ədədlər yazılır.
- Əvvəlcə 2-dən başqa 2-yə bölünən ədədlər pozulur.
- Daha sonra 5-ə, 7-yə, 11-ə və s. bölünenler pozulur.
- Proses davam edir və 2 ilə N arasında sadə ədədlər qalır.
Mənbə
[redaktə | mənbəni redaktə et]Məktəblinin coğrafiya lüğəti. Bakı.2006. Səh.95
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
- ↑ 1 2 3 4 5 6 Бобынин В. В. Эратосфен (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLа. С. 947–949.
- ↑ 1 2 Любкер Ф. Eratosthenes (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 492–493.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118530674 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.605
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |