Hegesias
Hegesias | |
---|---|
Doğum tarixi | e. ə. IV əsr |
Vəfat tarixi | e. ə. III əsr |
Elm sahəsi | fəlsəfə |
Hegesias (yun. Ἡγησίας, m. ö. 320 – 280) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Onun və ardıcıllarının fikirlərini Diogenes Laertius açıqlamışdır[1]. Onlar hesab edirdilər ki, həzz və ağrı hissləri vardır. Məqsəd ağrıdan qaçıb həzzə doğru yönəlməkdir.
Əslində nə dostluq, nə ərdəm, nə kimdənsə razılıq kimi hisslər yoxdur. Biz onlara hansısa məqsədlər üçün yönəlirik, çünki məqsədlər olmasa bu hisslər də olmaz.
Xoşbəxtliyi əldə etmək mümkün deyildir. Çünki, həyat istənilən arzuların qarşısını alır. Həzz almaq üçün varlı və ya yoxsul olmağın fərqi yoxdur. Çünki, həzz alırsansa hər iki durumda onu ala bilirsən. Əgər həzz ala bilməsən, o zaman var-dövlətin heç bir əhəmiyyəti yoxdur. Bizim duyğularımız dəqiq biliyə gətirib çıxartmır. Ona görə ağılımıza güvənməliyik. Başqa adamların yanlışlıqlarını bağışlamaq lazımdır. Çünki onlar bilmirlər ki, yanılırlar. Ona görə insanlara davranışlarına görə nifrət etməkdənsə, onları öyrətmək yaxşıdır. Beləliklə də, başqa adamların davranışlarına və hərəkətlərinə qarşı biganə (yun. άδιαφορία) olmaq lazımdır. Biganəlik isə iztirabın qabağını ala bilməyəndə, onda insana ancaq ölmək qalır.
Son olaraq Hegesias belə bir nəticəyə gəlmişdir ki, həzzə çatmaq mümkün deyildir. Ona görə də, yaşamağın mənası yoxdur. Bu fikri inkişaf etdirərək o, "Aclıqla özünü öldürmək" (yun. ἀποκαρτερνῶ) kitabını yazmışdır və buna görə də ona "Ölüm müəllimi" adı vermişdilər. Onun bir çox öyrəncisi intihar etməklə həyatlarına son qoymuşdular.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 107-108. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 107-108. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Dorandi, Tiziano (1999). "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. p. 47.
- Античная философия: Энциклопедический словарь. М.: Прогресс-Традиция, 2008. С.251–252. ISBN 5-89826-309-0 (ошибоч.)
- Гегезий Киринейский // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 89–92.