Hekla vulkanı
Hekla vulkanı | |
---|---|
Hekla | |
Ümumi məlumatlar | |
Kraterin diametri | 750 m |
Əmələgəlmə dövrü | Pleystosen |
Yaşı | 25 min il |
Son püskürmə | 1944 |
Tərkibi | bazalt, Andezibazalt, andezit, Datsit |
Mütləq hündürlüyü | 1281 m |
Yerləşməsi | |
40°49′17″ şm. e. 14°25′32″ ş. u.HGYO | |
Ölkə | İslandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir.[1]
Püskürmənin tarixi
[redaktə | mənbəni redaktə et]Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır. Belə ki, bunun üçün püskürmələrin proqnozlaşdırılması qeyri-mümkündür. Bəzi püskürmələr qısa olub,7-10 gün arası baş verir, bəziləri isə aylarla, hətta illərlə davam edir. 29 mart 1947-ci ildə baş verən püskürmə 1948-ci ilin aprel ayında sona çatmışdır. Belə ki, püskürmələr arası korelyasiya aşkar edilmişdir. Hekla uzun müddət sakitdirsə, demək, püskürmə daha şiddətli olacaqdır.[1]
Tarixi və tarix öncəsi püskürmələr
[redaktə | mənbəni redaktə et]Heklanın ən iri püskürmələri holosen dövründə e.ə 950-ci ildə baş vermişdir. O, "Hekla-3" adını almışdır və ya "H-3". Bu püskürmə zamanı atmosferə 7,3 kub km vulkan külü atılmışdır. Bu 5 ballıq vulkan püskürməsi hesab olunmuşdur. Püskürmənin gücü elə yüksək olmuşdur ki, bir neçə il ərzində şimal yarımkürəsində temperaturun aşağı düşməsi müşahidə edilmişdir. Onun izlər şotlandiyanın torflu bataqlıqlarında İrlandiyada belə tapılmışdır.[1]
Nüfuzu
[redaktə | mənbəni redaktə et]Hekla sözünün mənası "papaqlı qısa plaş"dır. Bu adı o zirvəsinin daima tez-tez buludlarla örtüldüyü üçün almışdır. Lap əvvəllər latın tarixçisi dağı Mons Casule (palş dağ) adlandırmışdır. 1104- cü ildən sonra isə çisterlərin irəli sürdüyü bir tarixə görə o "cəhənnəm qapıları" adını alır. Çister monarxı Qerbert Klervoskiy "Möcüzələr haqqında" əsərində Heklanı xatırlatnmır.[1]
Flora və faunası
[redaktə | mənbəni redaktə et]Heklanın üzəri əvvəllər ağaclarla örtülü olmuşdur. Meşələr və hündür boylu bitkilər külə çox az həssasdırlar, nəinki alçaqboylu bitkilər. Lakin vulkan fəaliyyəti nəticəsində yaranan səth eroziyaya qarşı çox həssasdır. 90 000 hektar ərazinin meşə örtüyü ilə örtülməsi üçün xüsusi layihə hazırlanmışdır ki, əraziyə söyüd və ağcaqayın növləri torpaqları münbitləşdirdikdən sonra vulkan küllərinin üzərinə səpilmişdir. Bu vulkan külü ilə örtülmüş geniş ərazilərin bərpasına kömək edəcək və havaların soyuq keçdiyi dövrlərdə eroziyasının qarşısını alacaq. Drenajın və su eroziyasının biopotensialın zənginləşməsinə səbəb olacaq. Bu layihə həcminə görə Avropada geniş hesab edilir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "Hekla (ingiliscə)". 2015-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.