Latata
"Latata" | ||||
---|---|---|---|---|
| ||||
(G)I-dle tərəfindən "I Am" albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 2 may 2018 | |||
Müddət | 3:22 | |||
Prodüser | ||||
Sözlərin müəllifi | Soyon | |||
Leybl | ||||
(G)I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"Latata" — YouTube platformasında
|
Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır.[1] 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir.[2]
Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi,[3] ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır.[4]
Musiqi və sözlər
[redaktə | mənbəni redaktə et]"Latata" mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir.[5] Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır.[6] Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı".[7][8]
Tanıtım
[redaktə | mənbəni redaktə et]Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır. Onlar əvvəlcə mahnını Mnet-in "M Countdown" verilişində ifa etmiş, daha sonra KBS-in "Music Bank", MBC-in "Show! Music Core" və SBS-in "Inkigayo" verilişlərində çıxış etmişdirlər.[9] Qrup mahnıya görə ilk musiqi qalibiyyətini 22 may 2018-ci ildə SBS MTV-nin "The Show" verilişində əldə etmişdir.[10] 2 gün sonra – 24 mayda "M Countdown" verilişində ikinci musiqi qalibiyyətlərinə çatmışdırlar.[11]
Qəbul
[redaktə | mənbəni redaktə et]"Latata" buraxıldığı ilk həftədə "Gaon" rəqəmsal hit-paradına daxil ola bilməsə də, onun rəqəmsal hit-paradında 68-ci yerdə debüt etmişdir.[12][13] Mahnı "Gaon" sosial hit-paradına 4-cü yerdə daxil olmuş növbəti həftə 3-cü yerə yüksəlmişdir.[14][15] ABŞ-də "Billboard" Dünya Rəqəmsal Mahnılar hit-paradına 11-ci yerdə daxil olmuş, növbəti həftə 4-cü yerə yüksəlmişdir.[16] 2018-ci ilin avqustuna qədər Şimali Amerikada 3000 nüsxəsi satılmışdır.[17]
2020-ci ilin sentyabrında "Latata" mahnısının klipi 160 milyon YouTube baxışını keçmişdir.[18] 27 iyun 20220-ci ildə baxış sayı 200 milyona çatmışdır.[19]
Hit-parad (2018) | Ən yüksək yer |
---|---|
Cənubi Koreya (Gaon)[20] | 12 |
ABŞ Dünya Rəqəmsal Mahnıları (Billboard)[16] | 4 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "LATATA". www.melon.com (koreya). 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- ↑ "'더쇼' (여자)아이들, 첫 1위 '눈물'..엔플라잉 컴백·NCT 제노X김용국 새 MC[종합]". OSEN (koreya). May 22, 2018. April 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2018.
- ↑ ""幕張ジャック"(G)I-DLE、7・31日本デビュー ショーケースも決定". 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
- ↑ Jeff Benjamin. "(G)I-DLE Take Next International Step With English 'Latata' Single". Forbes. May 15, 2020. May 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2024.
- ↑ Ko, Seung-ah. "(여자)아이들 소연 "데뷔곡 'LATATA', 제 자작곡…멤버 생각하며 썼다"" [(G)I-DLE's Soyeon "Debut song 'LATATA', my own song... I wrote it with the members in mind"]. Herald Pop (koreya). May 5, 2018. October 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2022.
- ↑ Jang, Woo-young. "[신곡읽기] (여자)아이들 'LATATA', 강렬하면서도 화려하다" [[Read New Song] (G)I-DLE's 'LATATA', intense yet colorful.]. SPOTV NEWS (koreya). May 2, 2018. October 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2022.
- ↑ "'불후' (여자)아이들 소연 "데뷔곡 '라타타', 개그콘서트서 영감 얻어"". Gyeongin Daily. October 5, 2019. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
- ↑ Park Dong-sun. "(여자)아이들 소연 "데뷔곡 LATATA, '라따라따 아라따'에서 영감"…원 유행어 창시자 송준근 주목". RPM9. November 22, 2019. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
- ↑ "'엠카운트다운' 여자친구·아이즈·헤일로·(여자)아이들 등 무대 준비". Asia Today (koreya). May 3, 2018. May 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2024.
- ↑ "'더쇼' (여자)아이들, 첫 1위 '눈물'..엔플라잉 컴백·NCT 제노X김용국 새 MC[종합]". OSEN (koreya). May 22, 2018. April 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2018.
- ↑ "[종합] '엠카' (여자)아이들, 데뷔곡 '라타타'로 2관왕…무서운 신인" (koreya). May 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2018.
- ↑ "18th Week of 2018 – Gaon Download Chart". gaonchart.co.kr. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
- ↑ "19th Week of 2018 – Download Chart". gaonchart.co.kr. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
- ↑ "18th Week of 2018 – Social Chart". gaonchart.co.kr. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
- ↑ "19th Week of 2018 – Social Chart". gaonchart.co.kr. May 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
- ↑ 1 2 "(G)I-DLE Go Top 5 on World Albums & Song Sales Charts With Debut Releases". Billboard. May 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
- ↑ "(G)I-DLE Hit New Peak on World Digital Song Sales Chart With 'Hann (Alone)'". Billboard. 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- ↑ ""특급 신인" (여자)아이들, 데뷔곡'라타타' 뮤직비디오 1억뷰 돌파". 3 February 2019. 7 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2024.
- ↑ Kim, Ha-young. "상반기 접수한 (여자)아이들 'LATATA' MV로 2억 뷰 반열에 들어서다" [(G)I-DLE 'LATATA' MV, which was received in the first half of the year, entered the ranks of 200 million views.]. Sports Trend (koreya). June 27, 2022. October 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2022.
- ↑ "Week 22 of 2018 – Digital Chart". May 27 – June 2, 2018. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2018.