Trasimaxus
Trasimaxus | |
---|---|
Doğum tarixi | e.ə. 459 |
Vəfat tarixi | təq. e.ə. 399 |
Fəaliyyəti | filosof |
Trasimaxus (yun. Θρασύμαχος, e.ə. 459 – təq. e.ə. 399) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Platonun "Dövlət" dialoqunun iştirakçısı.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Bilginin nisbi olması ideyasını həm də ictimai və əxlaqi məsələlərə aid edirdi. Onun fikrincə güclü insanın yaratdığı hər şey ədalətlidir.
“Ədalətli” və “ədalətsiz” anlayışlar rəiyyət üçündür. Rəiyyət hökmdarların qanun kimi qoyduqları ədalətli və ədalətsiz saydıqları şeylərə əməl etməlidirlər. Hər bir siyasi quruluş özünə lazım olan qanunları yaradır. Belə ki, demokratik hakimiyyət demokratik, tiranik hakimiyyət tiranik, aristokratik hakimiyyət isə aristokrat təbəqə ilə uzlaşan qanunlar yazır. Hökmdar öz tabeliyində olanlara çobanın qoyunlara qulluq etdiyi kimi qayğı göstərməlidir. Bu qayğı rəiyyətin ədalət kimi saydığı anlayışlarla ölçülməz. Buna sübut gündəlik həyatda baş verən hadisələrdir. Çünki, çox zaman ədalətsizlik ədalətin üzərində üstünlük qazanır. Ədalətsizlik cinayətlərinin sayının çoxalması ilə daha da artır. Beləliklə, hökmdarın əxlaqı və ədaləti olmalıdır, ancaq bu anlayışlar rəiyyətin anladıqlarından fərqlənməlidir. Onun üçün hansısa ehkam halını almış əxlaq qaydaları olmamalıdır, çünki onun məqsədi dövləti və rəiyyəti saxlamaqdan ibarətdir. Bu yolda nə daha uyğundursa, onu da etməlidir.[1]
Sonralar Makiavelli və Nitsşe kimi düşünürlər bu fikirləri təkrarlamış və onları daha da inkişaf etdirmişdirlər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 65. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 65. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Маковельский А. О. Софисты. Баку, 1941.
- Зайцев А. И. Трасимах из Халкидона // Новая философская энциклопедия / Предс. научно-ред. совета В. С. Степин. —М.: Мысль, 2001. — ISBN 5-244-00961-3.
- Dillon, John; Gergel, Tania (2003). The Greek Sophists. Great Britain: Penguin Group. p. 205. ISBN 0-14-043689-8.
- Rauhut, Nils (2006). «Internet Encyclopedia of Philosophy: Thrasymachus». http://www.iep.utm.edu/t/thrasymachus.htm#H1. Retrieved September 2 2006.
Xarici bağlantılar
[redaktə | mənbəni redaktə et]- Fragments of Thrasymachus, trans. Kathleen Freeman
- Internet Encyclopedia of Philosophy, with bibliographic sources
- Stanford Encyclopedia of Philosophy entry on Callicles and Thrasymachus
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Маковельский А. О. Софисты Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine. Баку, 1941, s. 21-22.