Məzmuna keç

Ağlamaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlamaq bu fani dünyada hər şeyə rəğmən var olmaq deməkdir. Sezən Aksu
  • Ağlamaq duyğuların başıdır. Beydullah İmzaoğlu
  • Ağlamaq qadının tələsidir. Mövlana Cəlaləddin Rumi
  • Ağlamaq üçün də həvəs gərəkdir. Fars atalar sözləri
  • Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi? Viktor Hüqo
  • Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Anton Çexov
  • Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar. İmam Hüseyn
  • Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən də susmaq lazım gəlir, duymaq üçün. Şəms Təbrizi
  • Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız. Mişel Uelbek
  • Qonaq qarşılamağı - qaşqabaqlı, qulluqçu ilə danışmağı - kobud, gülmək bilmir, ağlamaq bilmir - belə qadından nə ev sahibəsi olar? Benqal atalar sözləri
  • Üç şeydən yoruldum; Ağlamaq, bağışlamaq, xəyal qurmaq. Ceyhun Yılmaz

İstinadlar

[redaktə]